Topaz Premyer Liqası: “Səbail”-“Kəpəz” oyunu heç-heçə başa çatıb

22.04.2018 19:33     Sport reaksiya     1340

Aprelin 22-də Topaz Premyer Liqasının XXIV turunun növbəti oyunları çərçivəsində “Kəpəz” “Səbail”in qonağı olub. Reaksiya.az xəbər verir ki, “Bayil Arena” stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1. Matçın 19-cu dəqiqəsində Dario qonaqları hesabda irəli çıxarıb - 0:1. Qoldan beş dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdirib, F.Miya fərqlənib – 1:1. Beləliklə, görüş 1:1 hesabı ilə başa çatıb. Bu görüşdən sonra “Səbail” 20 xalla yeddinci pillədəki mövqeyini qoruyub. “Kəpəz” isə 13 xalla sonuncu, səkkizinci pillədədir. Tura “Neftçi”-“Qəbələ”, “Sumqayıt”-"Qarabağ" oyunu ilə yekun vurulacaq.

Şərhlər