Formula 1-də ilk sərbəst yürüşün qalibi bəlli oldu

27.04.2018 15:10     Sport reaksiya     1605

Formula 1 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşünün qalibi bəlli olub.
 
Reaksiya.az xəbər verir ki, "Mercedes”in pilotu Valtteri Bottas "Formula-1” üzrə Azərbaycan Qran-prisində 1 saat 44 dəqiqə 42 saniyə göstərici ilə rəqiblərini qabaqlayaraq birinci olub.
 
İkinci yeri "Red Bull" komandasının pilotu Daniel Rikkardo,  üçüncü yeri isə "Fors İndia"nın heyətində Serxio Peres  tutub.
 

Şərhlər