Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək | Reaksiya

Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək

Mayın 28-də Stavanqerdə “Altibox Norveç Chess” superturniri keçiriləcək. İyunun 8-dək davam edəcək yarışda Azərbaycan Şəhriyar Məmmədyarovla təmsil olunacaq.

 

Turnirdə qrossmeysterimizlə yanaşı, Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Dinq Liren (Çin), Maksim Vaşye-Laqrav (Fransa), Sergey Karyakin (Rusiya) və Vişvanatan Anand (Hindistan) mübarizə aparacaqlar.

 

Mayın 27-də isə şahmatçılar arasında blits turnir təşkil olunacaq. (APA)

Reaksiya.az

Advertisement Banner

Şərhlər