Milli komandamız böyük hesabla məğlub oldu.

İyunun 5-də futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə səfərdə Qazaxıstan yığması ilə qarşılaşıb. Reaksiya.az xəbər verir ki, “Astana Arena”da oynanılan görüşdə 3:0 hesabı ilə ev sahibləri qalib gəliblər. Qazaxıstan millisinin heyətində matçın 12-ci dəqiqəsində Roman Murtazayev hesabı açıb. İki dəqiqə sonra ev sahibləri Serikjan Mujikovun qolu ilə hesab arasındakı fərqi artırıblar. İlk hissə bu hesabla başa çatıb. Matçın ikinci hissəsində komandalar qarşılıqlı hücumlar etsələr də, hesab 90-cı dəqiqədə dəyişib. Baktiyor Zaynutdinov Qazaxıstan millisinin üçüncü qoluna imza atıb. Qeyd edək ki, milli komandamız növbəti yoldaşlıq oyununda Latviya yığmasının qonağı olacaq.
Advertisement Banner

Şərhlər