Argentina millisinin futbolçuları hazırkı baş məşqçiyə qarşı çıxıblar

Argentina millisinin futbolçuları Rusiyadakı dünya çempionatında Nigeriya ilə keçirəcəkləri III tur matçında komandaya başqa məşqçinin təyin olunmasını xahiş ediblər.

"Report"un "Toda Pasion"a istinadən verdiyi məlumata görə, oyunçular qrupdakı son tur qarşılaşmasında baş məşqçi Xorxe Sampaolinin yığmaya rəhbərlik etməsini istəmirlər. Onlar komandanın sükanı arxasında Sampaolinin köməkçisinin olmasını arzulayırlar. Nigeriya ilə qarşılaşma iyunun 26-da Sankt-Peterburqda təşkil olunacaq.

Qeyd edək ki, Argentina yığması DÇ-2018-in II turunda Xorvatiyaya 0:3 hesabı ilə uduzub. Hazırda bu komanda D qrupunda 1 xalla 3-cü pillədədir.

Reaksiya.az

 

Advertisement Banner

Şərhlər