"Qarabağ"ın oyununu canlı yayımlayacaq telekanal müəyyənləşib

"Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya təmsilçisi "Kukesi"yə qarşı keçirəcəyi oyunu canlı yayımlayacaq telekanal müəyyənləşib.

Reaksiya.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matçı “CBC Sport” telekanalı təqdim edəcək.

Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Kukesi" görüşü saat 21:00-da start götürəcək. Bu komandalar arasındakı ilk oyun heç-heçə yekunlaşıb - 0:0.

Reaksiya.az

Advertisement Banner

Şərhlər