Avroliqa: “Qarabağ”ın qrup mərhələsindəki rəqiblərinin adları bu gün bilinəcək

31.08.2018 12:54     Sport reaksiya     1124

“Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri Monakoda bu gün keçiriləcək püşkatma mərasimindən sonra məlum olacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Mərasimdə Avropa Liqasının 2017-2018-ci illər mövsümünün ən yaxşı futbolçusunun adı da açıqlanacaq. Bu ad uğrunda Dieqo Qodin, Antuan Qrizmann (hər ikisi “Atletiko”, İspaniya) və Dimitri Payet (“Marsel”, Fransa) mübarizə aparırlar. Püşkatmanın daha bir özəlliyi mərasimə ilk dəfə azərbaycanlı səfir Vəli Qasımovun da qatılması olacaq. 2018-2019-cu il mövsümündə Avropa Liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, veteran futbolçu püşk zamanı səhnədə olacaq.

UEFA Avropa Liqasında iştirak edən 48 komanda hərəsində dörd klub olmaqla on iki qrupa bölünəcək.

Qaydalara əsasən, komandaların adları dörd səbətə yerləşdirilib. Bölgü belədir:

Birinci səbət

“Sevilya” (İspaniya), “Arsenal” (İngiltərə), “Çelsi” (İngiltərə), “Zenit” (Rusiya), “Bayer” (Almaniya), “Dinamo” (Kiyev, Ukrayna), “Beşiktaş” (Türkiyə), “Zaltsburq” (Avstriya), “Olimpiakos” (Yunanıstan), “Vilyarreal” (İspaniya), “Anderlext” (Belçika), “Latsio” (İtaliya).

İkinci səbət

“Sportinq” (Lissabon, Portuqaliya), “Lüdoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Marsel” (Fransa), “Seltik” (Şotlandiya), PAOK (Yunanıstan), “Milan” (İtaliya), “Genk” (Belçika), “Fənərbağça” (Türkiyə), “Krasnodar” (Rusiya), “Astana” (Qazaxıstan), “Rapid” (Vyana, Avstriya).

Üçüncü səbət

“Betis” (İspaniya), “Qarabağ” (Azərbaycan), BATE (Borisov, Belarus), “Dinamo” (Zaqreb, Xorvatiya), “Leyptsiq” (Almaniya), “Ayntraxt” (Frankfurt, Almaniya), “Malmö” (İsveç), “Spartak” (Moskva, Rusiya), “Standard” (Lyej, Belçika), “Sürix” (İsveçrə), “Bordo” (Fransa), “Renn” (Fransa).

Dördüncü səbət

“Apollon” (Kipr), “Rusenborq” (Norveç), “Vorskla” (Poltava, Ukrayna), “Slaviya” (Praqa, Çexiya), “Akhisar Belediyespor” (Türkiyə), “Yablonets” (Çexiya), AEK (Larnaka, Kipr), “Videoton” (Macarıstan), “Reyncers” (Şotlandiya), “Düdelanj” (Lüksemburq), “Spartak” (Trnava, Slovakiya), “Sarpsborq” (Norveç).

Xatırladaq ki, qrup mərhələsinin oyunlarına sentyabrın 20-də start veriləcək.

Reaksiya.az

Şərhlər