Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirəcək

Sentyabrın 7-də futbol üzrə Azərbaycan milli komandası UEFA-nın təsis etdiyi qitə miqyaslı yeni futbol turnirində - Millətlər Liqasında ilk oyununu keçirəcək.

Reaksiya.az xəbər verir ki, “D” liqasının üçüncü qrupunda qərarlaşan Azərbaycan millisi Kosovo yığması ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Norveçli referi Ola Hobber Nilsenin idarə edəcəyi matç “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Milli komandamızın yer aldığı qrupun digər görüşündə Farer Adaları seçməsi Malta yığmasını qəbul edəcək. Günün maraqla gözlənilən digər oyunu “Şenol Güneş Akyazı” stadionunda keçiriləcək. “B” liqasının 2-ci qrupunda yer alan Türkiyə millisi Rusiya yığmasını qəbul edəcək. “A” liqasının üçüncü qrupunda Polşa yığması dördqat dünya çempionu İtaliya millisinin qonağı olacaq. Digər üç görüş isə “C” liqasında yer alan komandalar arasında keçiriləcək. Bu liqanın 1-ci qrupunda yer alan Albaniya yığması İsrail millisini qəbul edəcək. Liqanın 4-cü qrupunda isə Litva-Serbiya, Rumıniya-Monteneqro görüşləri keçiriləcək. Azərbaycan-Kosovo matçından başqa bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-da başlayacaq.

Reaksiya.az

Advertisement Banner

Şərhlər