Zülfiyyə Hüseynova 48 yaşında dünya çempionatının medalını qazandı

Paracüdo üzrə Azərbaycan milli komandası Portuqaliyanın Odivelaş şəhərində keçirilən dünya çempionatını səkkiz medalla başa vurub.

Çempionatda fərdi yarışlarda millimiz bir qızıl, iki gümüş və üç bürünc medal qazanıb.

Komanda yarışlarında kişilərdən və qadınlardan ibarət millilərimiz də bürünc medallara sahib olublar.

 

Fərdi yarışların son günündə Hüseyn Rəhimli (-81 kq) koreyalı Cunq Min Liyə uduzaraq gümüş medalla kifayətlənib. Fərdi yarışlarda millimizin lideri İlham Zəkiyev (+100 kq) bürünc medal uğrunda görüşdə braziliyalı Vilians Araujonu məğlub edərək bürünc medal qazanıb. 

48 yaşında idmana qayıtmış veteran cüdoçumuz Zülfiyyə Hüseynova(-70 kq) isə bürünc medal uğrunda görüşdə meksikalı Lenia Fabiola Ruvalkaba Alvaresə uduzaraq fərdi yarışlarda medalsız qalıb. 

Çempionatın komanda yarışlarında isə həm kişi, həm də qadın millimiz bürünc medal qazanıb. Xanım Hüseynova (-63 kq), Zülfiyyə Hüseynova (-70 kq) və Sevda Vəliyevadan (-52 kq) ibarət millimizin üzvləri Fransaya qalib gələrək bu titula yiyələnib. İlham Zəkiyev, Kənan Abdullaxanlı (hər ikisi +90 kq), Ramil Qasımov (-73 kq), Vüqar Şirinli (-66 kq), Hüseyn Rəhimli (-81 kq) və Rövşən Səfərovdan (-90 kq) ibarət kişi millimiz də eyni nəticəni göstərib. Yığmamız bürünc medal uğrunda görüşdə İspaniyanı 5:0 hesabı ilə yenib.

Beləliklə, dünya çempionatının reytinq cədvəlində Azərbaycan paralimpiya milli komandası yarışda iştirak edən 42 komanda arasında ümumilikdə səkkiz medalla III yeri tutub.

 

 

 

 

 

 

 

 

 
 

 

Advertisement Banner

Şərhlər