Ruslar mütləq Həbibdən icazə almalıdır – Tacik döyüşçü

05.02.2019 13:03     Sport reaksiya     1045

UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorla növbəti döyüşə hazırlaşır.

Bu barədə Amerika Kikboksinq Akedimiyasının (AKA) zalında məşq edən qarışıq döyüş növləri üzrə tacik idmançı Səlim Muhiddinov deyib.

Tacik idmançı eyni zamanda bildirib ki, bu zalda məşq edən bütün rusdilli idmançılar Həbibdən icazə almalıdır.

“Bəli, Həbib razılıq verərsə, rusdilli döyüşçü bura düşə bilər. Mənimlə bağlı isə vəziyyət başqadır. Həbibi şəxsən tanımıram. Mayk Svikin sözü ilə məni bura götürdülər. İndi özümü evimdəki kimi hiss edirəm”, - Muhiddinov bildirib.

Reaksıya.az

Şərhlər