UEFA-nın yeni reytinqi - Azərbaycan yerində qaldı

15.02.2019 13:03     Sport reaksiya     1063

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, keçirilən 20 görüş ölkəmizin mövqeyinə təsir etməyib. Azərbaycan 19.000 xalla 26-cıdır.

Yalnız üç ölkənin mövqeyində dəyişiklik olub. Klubları uğurla çıxış edən Çexiya 2 addım irəliləyərək 14-cü pilləyə yüksəlib. Danimarka və İsveçrə isə bir addım geriləyərək müvafiq olaraq, 15, 16-cı yerlərdə qərarlaşıb..

 
Qeyd edək ki, siyahıda İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.

Reaksiya.az

Şərhlər