"Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli güləş turniri Bakıda keçirilə bilər

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli güləş üzrə Avropa və ya dünya təsnifat turniri Bakıda keçirilə bilər.

"Report"un məlumatına görə, bununla əlaqədar Avropa Güləş Birliyinin prezidenti Tseno Tsenov Azərbaycana gəlib.

Dünya Güləş Birliyinin də rəsmisi də olan Tsenov yarışların keçirilməsi üçün Azərbaycan Güləş Federasiyasının nümayəndələri ilə görüşüb. O, turnir üçün təklif olunan yarış zallarına və otellərə baxıb. 

Yekun qərar aprelin 7-də Rumıniyanın paytaxtı Buxarestdəki qurumun Baş Assembleyasında qəbul olunacaq.

Qeyd edək ki, Tseno Tsenovun Bakıdakı səfəri sabah başa çatacaq. 

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar