UEFA Çempionlar Liqası: Bu gün ilk finalçı məlum olacaq

07.05.2019 14:14     Sport reaksiya     1044

Mayın 7-də UEFA Çempionlar Liqasının 2018-2019-ci il mövsümünün yarımfinal mərhələsinin cavab görüşü keçiriləcək.

İlk cavab görüşü İngiltərədə təşkil olunacaq. Turnirin son finalçısı “Liverpul” İspaniyanın “Barselona” komandasını qəbul edəcək. “Mersisaydlılar” səfərdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Yeri gəlmişkən, cari mövsümdə “Liverpul” Çempionlar Liqasında doğma meydanda keçirdiyi 5 matçın 4-də qalib gəlib, 1-də isə heç-heçə edib. Kataloniyalılar isə ümumiyyətlə, məğlub olmayıblar. “Liverpul” və “Barselona” komandaları “Enfild” stadionunda ümumilikdə 3 dəfə qarşılaşıblar. Bu görüşlərin 2-də kataloniyalılar, 1-də mersisaydılar qələbə qazanıblar.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

7 may

23:00. "Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya)

Baş hakim: Cünyet Çakır (Türkiyə)

Liverpul "Enfild"

Reaksiya.az

Şərhlər