"Neftçi"dən koronavirusla bağlı yeni qərar

11.03.2020 13:56     Sport reaksiya     6516

"Neftçi” Futbol Akademiyası komandalarının məşqlərinə verilən fasilə martın 23-dək uzadılıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu addım koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə atılıb.  

Qeyd edək ki, eyni səbəbdən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Coca-Cola Məktəbli kuboku”nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları martın 27-dək təxirə salınıb.

Reaksiya.az

Şərhlər