"Qarabağ"ın sabiq qapıçısı: - "Tibbi yoxlanışdan keçəcəyik"

06.05.2020 16:21     Sport reaksiya     4627

"Futbol üçün darıxmışam. Oynamağı çox istəyirəm".

"Report"un məlumatına görə, bu fikirləri hazırda İtaliyanın "Milan" klubunun formasını geyinən "Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç "Sky Sports"a açıqlamasında deyib. 33 yaşlı qolkiper komandanın bir neçə gün sonra tibbi yoxlanışdan keçəcəyini bildirib.

Bosniya və Herseqovina millisinin müqavilə ilə İngiltərə "Bornmut"una məxsus olan üzvü bundan sonra məşqlərə başlayacaqlarına ümid etdiklərini söyləyib: "Düzgün mühitdə olduğumuz müddətdə oynamaqdan çəkinmirəm. Kluba və səlahiyyətli nümayəndələrə inanırıq, heç kim bizə zərər verməz".

Qeyd edək ki, Asmir Beqoviç mövsümün ilk yarısında “Qarabağ”da çıxış edib. Təcrübəli oyunçunun Ağdam təmsilçisində qalmasına məhz "Milan"ın təklifi mane olub. Onun "Bornmut"la sözləşməsi 2021-ci ilin iyununadəkdi

Reaksiya.az

Şərhlər