Bu il Bakıda kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatları keçiriləcək

04.06.2020 13:03     Sport reaksiya     763

Avropa Gimnastikasının İcraiyyə Komitəsi koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış müxtəlif gimnastika növləri üzrə Avropa çempionatlarının yeni tarixlərini açıqlayıb.

Bu barədə Avropa Gimnastikasının saytında məlumat veririb.

Yeni təqvimə əsasən, kişi idman gimnasikası üzrə Avropa çempionatı Bakıda 2020-ci il dekabrın 9-13-də keçiriləcək. Bundan başqa, Bakıda qadın idman gimnasikası üzrə Avropa çemionatı da keçiriləcək. Bu turnir 2020-ci il dekabrın 17-20-də nəzərdə tutulub.

Hər iki yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

 

Bədii gimnastika üzrə Avropa çempionatı isə bu il noyabrın 26-29-da Kiyevdə keçiriləcək.

Qeyd edək ki, kişi idman gimnasikası üzrə Avropa çempionatı Bakıda mayın 27-31-də, qadın idman gimnasikası üzrə Avropa çemionatı isə Parisdə 30 aprel – 3 may tarixlərində keçirilməli idi.

Reaksiya.az

Advertisement Banner

Şərhlər