Məşhur futbolçu virusdan sağaldı

11.09.2020 21:03     Sport reaksiya     1148

Futbol üzrə Braziliya millisinin və Fransanın PSJ klubunun hücumçusu Neymar koronavirusa qalib gəlib.

Reaksiya.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, məşqlərə başladığını və bunun üçün çox sevindiyini açıqlayıb.

Qeyd edək ki, sentyabrın 2-də Neymarın koronavirus testinin müsbət nəticə verdiyi açıqlanmışdı.

Reaksiya.az

Şərhlər