"Qarabağ"ın "Molde" ilə oyun üçün start heyəti açıqlandı

16.09.2020 20:15     Sport reaksiya

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununda Norveç "Molde"si ilə üz-üzə gələcək "Qarabağ"ın start heyəti açıqlanıb. 

Reaksiya.az xəbər verir ki, Azərbaycan komandası meydana Xayme Romerosuz çıxacaq. İspaniyalı yarımmüdafiəçi zədə üzündən oynamayacaq. Əvəzində Azərbaycan Premyer Liqasının II turunda "Keşlə" ilə qolsuz bərabərliklə yekunlaşmış görüş zamanı ayağı burxulan Mahir Emreli sıraya dönüb və o, ilk "11-lik"də yer alacaq. 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Ovusu Kvabena, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Donald Gerye, 19. Filip Ozobiç, 11. Mahir Emreli

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Reaksiya.az

Advertisement Banner

Şərhlər