"Şaxtyor"un 18 üzvündə korona aşkarlanıb

09.10.2020 00:50     Sport reaksiya     130

Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının 18 nümayəndəsinin koronavirus testi müsbət çıxıb.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, bu barədə klubun baş direktoru Sergey Palkin açıqlama verib. O bildirib ki, yoluxanların yarısı futbolçular, yarısı isə əməkdaşlardır. Onların hamısı özlərini təcrid edib.

Qeyd edək ki, daha əvvəl qapıçı Andrey Pyatov və yarımmüdafiəçi Taras Stepanenkonun testi müsbət nəticələnmişdi. Bu səbəbdən, "Şaxtyor" tam tərkibdə özünütəcrid rejiminə keçmişdi. Nəticədə Donetsk komandasının oyunçuları Ukrayna yığmasına yollana bilməmişdilər.

Reaksiya.az

Advertisement Banner

Şərhlər