Məmmədyarov: "İnanın, siz qalib gələcəksiniz"

13.10.2020 08:44     Sport reaksiya     524

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Vətənin keşiyində dayanan əsgərlərə müraciət edib.

Reaksiya.az xəbər verir ki, 35 yaşlı qrossmeyster bununla bağlı özünün "Facebook" səhifəsində paylaşım edib.

Məmmədyarov bütün xalqın onlarla birlikdə olduğunu yazıb:

"Mənə görə bir vətəndaşı qələbəyə aparan əsas iki qüvvə var: Xalqın dəstəyi və özünəinam və ruh yüksəkliyi. Üzümü əsgərlərimizə tutub deyirəm: Xalqımız, hər birimiz sizinləyik, hər an fikrimiz sizin yanınızdadır və qəlbimiz sizlərlə döyünür. Biz sizə inanırıq. Ruhunuzu yüksək tutun və inanın, siz qalib gələcəksiniz. Çünki yolunuz haqq yoludur və haqq mütləq qalib gələcək.

Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır! Qələbə bizimdir"!

Reaksiya.az

Şərhlər