Azərbaycan millisi Gürcüstana uduzdu

13.10.2020 21:07     Sport reaksiya     550

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının növbəti seçmə oyununu keçirib.
 
Qaynarinfo xəbər verir ki, Milan Obradoviçin başçılıq etdiyi komandamız səfərdə Gürcüstanın qonağı olub.
 
Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. 
 
42-ci dəqiqədə fərqlənən Georgi Quliaşvili Gürcüstana minimal hesablı qələbə qazandırıb. 77-ci dəqiqədə qırmızı vərəqə alan Turan Vəlizadə isə millimizi azlıqda qoyub.
 
Bu hər iki komandanın turnirdəki 8-ci oyunu olub. Aktivində 12 xal olan Gürcüstan turnir cədvəlinin 3-cü, 6 xal qazanan Azərbaycan 5-ci pilləsində qərarlaşıb. İki yığma arasında 2019-cu il sentyabrın 10-da Bakıda təşkil olunmuş qarşılaşmada da rəqib qalib gəlmişdi - 3:0.
 
AVRO-2021
Qrup mərhələsi
13 oktyabr
 
Gürcüstan - Azərbaycan 1:0
Qol: Georgi Quliaşvili, 42.
Gürcüstan: 1. Georgi Mamardaşvili, 3. Şalva Burcanadze (15. Aleksandre Andronikaşvili, 82), 4. Luka Loçoşvili (13. İva Gelaşvili, 68), 5. Davit Koburi, 6. Beka Dartsmelia, 8. Davit Samurkasovi (k), 9. Nuqzar Spanderaşvili (20. Sergo Kuxianidze, 46), 11. Georgi Quliaşvili, 14. Georgi Kutsia (7. Anzor Mekvabişvili, 46), 18. Luka Silaqadze (19. İrakli Azarov, 75), 21. Luka Lakvexeliani.
Ehtiyat oyunçular: 12. Davit Kereselidze, 17. Tornike Cebniauri, 22. İrakli Zaridze.
Baş məşqçi: Vasil Maisuradze.
Azərbaycan: Kamran İbrahimov, 5. Nihad Tamazov (k), 6. Rüfət Əhmədov, 7. Süleyman Əhmədov (17. Tural Bayramov, 58), 8. Səbuhi Abdullazadə (20. Rüfət Abdullazadə, 90), 13. Rauf Hüseynli, 16. Turan Vəlizadə, 18. Barış Ekincier (11. Elvin Cəfərquliyev, 58), 19. Doğukan Oksuz (9. Muhammed Mustafa Yıldırım, 77), 21. Emre Kaplan, 23. Ozan Can Kökcü (14. İdris İnqilablı, 90).
Ehtiyat oyunçular: 22. Nicat Mehbaliyev, 2. Hüseyin Seyliğli, 4. Mert Çelik, 10. Rövlan Muradov.
Baş məşqçi: Milan Obradoviç.
Sarı vərəqələr: Georgi Kutsia, 6. Davit Samurkasovi, 13. Luka Loçoşvili, 30. Beka Dartsmelia, 84. Anzor Mekvabişvili, 90+1. Sergo Kuxianidze, 90+4 - Turan Vəlizadə, 36. Rüfət Əhmədov, 38.
Qırmızı vərəqə: Turan Vəlizadə, 77.
Hakimlər: Dmitri Dmitriyev, Denis Yemelyançikov, Anton İqnatsyuk, Denis Şerbakov (Belarus)
Qori, Tengiz Burjanadze adına stadion.
 

1

İsveçrə

7

7

0

0

20:4

21

2

Fransa

8

7

0

1

24:9

21

3

Gürcüstan

9

4

0

5

15:13

12

4

Slovakiya

8

3

0

5

15:19

9

5

Azərbaycan

9

2

0

7

5:16

6

6

Lixtenşteyn

7

1

0

6

3:21

3

 
 

 

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar