“Qarabağ”ın Avropa Liqasındakı oyunlarına azarkeş buraxıla bilər

15.10.2020 12:06     Sport reaksiya     88

Avrokubokların qrup mərhələsində koronavirus pandemiyası ilə bağlı yaranacaq problemlərin həlli üçün UEFA-nın tətbiq etdiyi qaydalar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın da Avropa Liqasının qrup mərhələsində mübarizə aparacağı turnirdə bəzi matçlar neytral meydanda keçirilə bilər.

Qitə futbol qurumunu buna vadar edəcək səbəblər koronavirus infeksiyasının yayılması və uçuşlarla bağlı məhdudiyyətlərdir. Qaydalara əsasən, virusun yayılma halı və səyahət məhdudiyyəti ev sahibinin təşkilatçılığına, yaxud qonaq komandanın səfərə yollanmasına mane olursa, qarşılaşma neytral meydana salınmalıdır.

 

Bundan başqa, oyunlara azarkeşlərin buraxılması da istisna edilməyib. Bununla bağlı qərar isə yerli dövlət orqanlarının ixtiyarına verilib. Yəni dövlət orqanlarının razılığı olarsa, matçlarda stadionun tutumunun 30 faizinə azarkeş buraxıla bilər. Belə məqamda qonaq komandalara bilet verilməyəcək.

Avropa Liqasının İ qrupunda yer alan “Qarabağ” növbəti mərhələyə vəsiqə uğrunda “Vilyarreal” (İspaniya), “Sivasspor” (Türkiyə) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə mübarizə aparacaq. Təmsilçimiz ilk oyununu oktyabrın 22-də səfərdə “Makkabi”yə qarşı keçirəcək.

Qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde” (Norveç) ilə ev oyunu koronavirus pandemiyasının rəqib komandaya yaratdığı problemlər ucbatından neytral meydanda – Kiprdə keçirilib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar