"Barselona" prezidentliyinə namizəd: "Messi komandada qalacaq"

24.11.2020 17:56     Sport reaksiya     975

İspaniyanın "Barselona" klubunun prezidenti vəzifəsinə namizəd olan Viktor Font İngiltərə "Mançester Siti"sinin icraçı direktoru Ferran Soriano ilə aralarındakı söhbəti mətbuata açıqlayıb.

Report "lesportiudecatalunya.cat" portalına istinadən xəbər verir ki, funksioner "şəhərlilər"in nümayəndəsinə Kataloniya təmsilçisinin kapitanı Lionel Messi ilə bağlı planlar qurmamağı tövsiyə edib.

Font argentinalı hücumçunun "Barselona"da qalacağını bildirib: "Artıq Sorianoya Messini unutmağı və Çempionlar Liqasını qazanmaq üçün alternativ variantlar axtarmağı söyləmişəm. Çünki Leo "Barselona"da qalacaq və biz bu turnirdə qalib olacağıq".

Qeyd edək ki, daha əvvəl "Mançester Siti"nin Lionel Messiyə 10 illik müqavilə təklif edəcəyi ilə bağlı xəbər yayılıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər