Millimizin koronavirusa yoluxmuş futbolçuları ilə bağlı açıqlama

25.11.2020 13:22     Sport reaksiya     955

Azərbaycan milli komandasının ölkə xaricindəki təlim-məşq toplanışı zamanı koronavirusa yoluxmuş futbolçuları hələ Bakıya qayıtmayıblar.

Bu barədə Report-a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

O bildirib ki, yoluxduqları UEFA Millətlər Liqasının V turunun Monteneqro ilə matçından sonra üzə çıxan Təmkin Xəlilzadə və Rahil Məmmədov bu gün Xorvatiyada yenidən testdən keçiblər. Cavablar növbəti gün bəlli olacaq.

VI turda Lüksemburqla qarşılaşmadan əvvəl yoluxmuş Maksim Medvedev isə bir neçə gün sonra yenidən test verəcək. 31 yaşlı müdafiəçi hazırda Lüksemburqdadır.

Qeyd edək ki, Azərbaycan millisi Lüksemburq və Monteneqro ilə qolsuz heç-heçə edib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər