Murad Musayev: “Dar günümdə qapını üzümə açdılar"

25.12.2020 13:54     Sport reaksiya     1209

"Qəbələ" klubunun müdafiəçisi Murad Musayevin müsahibəsini təqdim edirik.

Peşəkar futbolçu fikirlərini bizimlə bölüşüb.

- Mövsümün ilk yarısı başa çatdı, komandanın çıxışını necə dəyərləndirirsən?

- Mövsüm bizim üçün pis başlamadı, ardıcıl heç-heçələr oldu, sonra qələbə qazandıq. Umumi olaraq yaxşı heyətimiz var, futbolçuların yetəri qədər potensialı var ki, daha yaxşı yerlər üçün oynasınlar. Elmar müəllim həmişə bizə deyir ki, özünüzə inanın. Ötən gün də "Səbail"i 1:3 hesabı ilə məğlub edib" Sumqayıt"la xalq fərqimiz 1-ə endirdik. Umumi olaraq pis olmadı, inşaallah daha yaxşı nəticə qazanırıq. Hər kəs bilir ki, daha yaxşısını edə bilərik.

- Hazırkı durumun necədir?

- Hazırki durumum yaxşıdır, zədəm yoxdur, premyer-liqanın çox oyunlarında iştirak etmişəm. Hər oyun əsas heyətdə yer alsam daha yaxşı olar, durmadan məşq edirəm, inşallah əsas heyət üzvünə çevrilib, komandaya daha çox xeyir verəcəm. Elmar müəllimin də tapşırıqlarına əməl edirəm, onun etimadını doğrultmalıyam.

- Bu mövsüm "Qəbələ" mükafatçılar sırasına düşə biləcək?

- Komandada böyük istək var ki, mükafatçılar sırasına düşək. Baş məşqçimiz, hər bir futbolçumuz bunun üçün çalışır. Avropa liqasına getmək bizim üçün çox yaxşı olar. Düzdü, qarşıya tələb qoyulmayıb ki, hansına yeri tutun, sadecə biz özümüz yaxşı yerlər üçün mübarizə aparırıq.

- Təklif gəldiyi halda klubdan ayrılmaq ehtimalı var?

- Hazırda belə təklif yoxdur, "Qəbələ" mənim üçün doğma klubudur. Akademiyasının yetirməsiyəm, ailəm kimidir. "Qəbələ" dar günümdə qapısını açan klubdur, ona görə bu komanda ilə tərk etmək yox, onunla çempion olmaq istəyirəm.

Şərhlər