Millimiz UEFA reytinqində 5-ci sıraya yüksəldi

05.02.2021 19:30     Sport reaksiya     221

UEFA futzal üzrə yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Reaksiya.az xəbər verir ki, yığmaların bu həftə keçirdiyi oyunlar cədvəldə cüzi dəyişikliklərə səbəb olub. Avropa çempionatının seçmə mərhələsinin 3-cü turunda Slovakiyaya 4:1, Yunanıstana 3:0 hesabı ilə qalib gələn Azərbaycan millisi də irəliləyib. Millimiz hazırda 5-ci pillədə qərarlaşıb.

Joze Alesionun çalışdırdığı komandamızın hesabında 2018.718 reytinq xalı var.

 

Siyahıya 2229.843 xala malik İspaniya rəhbərlik edir. Bu komandanı Rusiya (2115.118) və Portuqaliya (2098.246) izləyir.

Azərbaycan komandasından bir pillə öndə isə Qazaxıstan yığması (2097.180) qərarlaşıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar