Millimiz Qətərlə Avstriyada oynayacaq

10.02.2021 12:41     Sport reaksiya     505

2022-ci ildə futbol üzrə dünya çempionatının seçmə oyunlarına hazırlıq məqsədi daşıyan Qətər - Azərbaycan matçının yeri açıqlanıb.

Qarşılaşma Avstriyanın Vyana şəhərində təşkil ediləcək.

Bu gün bu barədə UEFA tərəfindən AFFA-ya rəsmi məktub daxil olub.

Qeyd edək ki, martın 27-də keçiriləcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.
Qətər seçməsi 2022-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə UEFA tərəfindən A qrupuna dəvət olunub.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar