UEFA “Qarabağ”a ödəniş etdi

26.02.2021 16:53     Sport reaksiya     160

UEFA növbəti dəfə “Qarabağ” klubunun hesabına pul köçürüb.

Reaksiya.az xəbər verir ki, buna Ağdam təmsilçisinin oyunçularının 2018-2020-ci illərdə Avropa çempionatının seçmə mərhələsinin pley-off oyunlarında iştirak etmələri səbəb olub.

 

UEFA-nın 2 473.70 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Reaksiya.az

Şərhlər