Türkiyə kubokunun finalçıları bəlli oldu

18.03.2021 01:09     Sport reaksiya     802

Martın 17-də futbol üzrə Türkiyə kubokunun yarımfinal matçında “Antalyaspor” doğma meydanda “Alanyaspor”u qəbul edib.

Reaksiya.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Antalya təmsilçisinin heyətində qolları 18-ci dəqiqədə Lukas Podolski və 82-ci dəqiqədə Hakan Özmərt vurub.

Beləliklə, "Antalyaspor" bu qələbə sayəsində finalda "Beşiktaş"a rəqib olub.

Qeyd edək ki, Türkiyə kubokunda final oyununun yeri və vaxtı hələ açıqlanmayıb.

Reaksiya.az

Şərhlər