Şahmatçımız Qran-Pridə üçüncü yeri tutdu

03.06.2021 13:34     Sport reaksiya     461

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Pridə uğurla çıxış edib.

Reaksiya.az xəbər verir ki, təmsilçimiz 11-ci turda almaniyalı Elizabet Paets ilə heç-heçə edib. Beləliklə, xalların sayını 6,5-ə çatdıran şahmatçımız Qran-Prini 3-cü yerdə başa vurub. Turnirin qalibi 8,5 xalla qazaxıstanlı şahmatçı Jansaya Abdumalik olub. İkinci yeri 7 xalla Ukrayna təmsilçisi Mariya Muzıçuk tutub.

Qeyd edək ki, yarışda dünyanın 12 güclü zəka sahibi mübarizə aparıb.

Reaksiya.az

Şərhlər