Türkiyə millisi Moldovaya heç bir şans vermədi

04.06.2021 14:10     Sport reaksiya     610

Futbol üzrə Türkiyə millisi Avropa çempionatı öncəsi son yoldaşlıq görüşünü keçirib.

Reaksiya.az xəbər verir ki, Almaniyanın Paderborn şəhərində qardaş ölkə yığması Moldova ilə qarşılaşıb. Matç Türkiyənin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Burak Yılmaz 58-ci, Cingiz Ünder isə 77-ci dəqiqələrdə vurub.

Qeyd edək ki, Türkiyə millisi daha əvvəl Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib və Qvineya ilə heç-heçə edib - 0:0.

Reaksiya.az

Şərhlər