İdmançımız ermənini məğlub edərək dünya çempionu oldu

07.06.2021 14:15     Sport reaksiya     560

Ukraynanın Odessa şəhərində keçirilən Qarışıq İdman Növləri üzrə Dünya Çempionatının qalibi azərbaycanlı idmançı olub.

Reaksiya.az-ın Report-a istinadən məlumatına görə, çempionatda Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun yetirməsi Nicat Yusifov finalda erməni əsilli rəqibi Artur Qriqoryana qalib gələrək, 70 kiloqram çəki dərəcəsində dünya çempionu olub.

Çempionat iyunun 3-dən 6-a kimi davam edib, yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib

Reaksiya.az

Şərhlər