Millimiz Moldovaya uduzdu

07.06.2021 14:16     Sport reaksiya     178

Futbol üzrə Azərbaycan millisi bu gün təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Reaksiya.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Moldova yığmasının qonağı olub.

Kişineudakı "Zimbru" stadionunda oynanılmış qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 8-ci dəqiqədə Vitali Damaşkan vurub.

Azərbaycan yığması oyunun böyük hissəsini hücumda keçirməsinə baxmayaraq, hesabı dəyişə bilməyib. Üstəlik, 81-ci dəqiqədə Bədavi Hüseynov zədələnərək, meydanı tərk etdikdən sonra əvəzləmə limiti tükəndiyi üçün komanda matçı 10 futbolçu ilə başa vurmalı olub.

Beləliklə, iki kollektiv arasında sayca 11-ci görüşdə Moldova dördüncü qələbəsini qazanıb. Azərbaycanın isə cəmi 2 qələbəsi var. Bu, həm də 9-cu yoldaşlıq matçı olub.

Hazırda rəqib komandaya "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin rəhbərlik edir

Reaksiya.az

Şərhlər

Çox oxunanlar