Avro-2020 - nin ən sürətli futbolçuları

17.06.2021 10:28     Sport reaksiya     503

Avropa çempionatının ən sürətli 5 futbolçusunun siyahısı açıqlanıb.

Reaksiya.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi Tvitter səhifəsində paylaşım edilib.

Birinci pillədə İtaliya yığmasının müdafiəçisi Leonardo Spinatsola qərarlaşıb. 28 yaşlı cinah oyunçusunun sürəti 33,8 km/saatdır.

Onu Uels yığmasının yarımmüdafiəçisi Daniel Ceyms (33,5 km/saat) təqib edir. "3-lüy"ü İngiltərə millisinin hücumçusu Rəhim Sterlinq (33,1 km/saat) qapayır.

5 ən sürətli futbolçu siyahısına İsveçrə yığmasından Bril Embolo (32,8 km/saat) və İtaliyanın daha bir təmsilçisi Covanni Di Lorentso (32,6 km/saat) da düşüb.

Reaksiya.az

Şərhlər