Rusiya qrupda qaldı, Danimarka 1/8 finalda

22.06.2021 12:08     Sport reaksiya     502

Futbol üzrə Avropa çempionatında 1/8 finalın daha bir iştirakçısı müəyyənləşib.

Reaksiya.az xəbər verir ki, C qrupunda Niderlandla yanaşı, Avstriya da pley-offa vəsiqə əldə edib.

Niderland qrupun son matçında Şimali Makedoniyaya 3-0, Avstriya isə Ukraynaya 1-0 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra xallarını 6-ya çatdıran avstriyalılar 2-ci yerin sahibi kimi qrupdan çıxıblar. Komanda 1/8 finalda A qrupunu ilk pillədə tamamlayan İtaliya millisinə rəqib olub. Ukraynalılar isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir.

***

Avropa çempionatında 1/8 finala yüksələn daha bir komandanın adına aydınlıq gəlib.

B qrupunda Rusiya Danimarkaya 4-1 məğlub olaraq, qrupda sonuncu pilləni tutub. Danimarka isə bu qələbə ilə 2-ci yerin sahib olub. Digər matçda Belçika Finlandiyaya 2-0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Belçika ilk pillənin sahibi olub, Finlandiya isə 3-cü yerdə qərarlaşıb.

Reaksiya.az

Şərhlər