Avro-2020: İngiltərə və Ukrayna 1/4 finalda

30.06.2021 12:16     Sport reaksiya     133

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Reaksiya.az xəbər verir ki, günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gəlib.

"Uembli" stadionunda keçirilmiş qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 75-ci dəqiqədə Rahim Sterlinq hesabı açıb. 86-cı dəqiqədə isə Harri Keyn fərqi daha da artırıb.

1/8 final mərhələsinə bu gün keçiriləcək İsveç - Ukrayna görüşü ilə yekun vurulacaq. Bu cütün qalibi 1/4 finalda İngiltərəyə rəqib olacaq.

***

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son matçında İsveç və Ukrayna milliləri qarşılaşıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. 27-ci dəqiqədə ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun vurduğu qola 43-cü dəqiqədə isveçli yarımmüdafiəçi Emil Forsberq cavab verib.

Əlavə vaxtda skandinaviyalılar azlıqda qalıb. 99-cu dəqiqədə Markus Danielson ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Andrey Şevçenkonun baş məşqçi olduğu kollektiv say üstünlüyündən 120+1-ci dəqiqədə yararlanmağı bacarıb. Qolun müəllifi Artyom Dovbik olub.

Ukrayna millisi 1/4 finalda İngiltərə ilə görüşəcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar