Fransa millisində Mbappe - Qrizmann münaqişəsi

02.07.2021 16:29     Sport reaksiya     191

Fransa millisinin hücumçuları Kilian Mbappe ilə Antuan Qrizmann arasında narazılıq davam etməkdədir.

Reaksiya.az“L’Équipe” nəşrinə istinadla xəbər verir ki, “Avro-2020”nin gedişatı zamanı hər iki oyunçu arasında münaqişə yaranıb. İddia edilir ki, Mbappe Qrizmannın millidəki nüfuzuna həsəd aparır.

Qeyd edək ki, hər bu futbolçular arasında münasibətlər hələ DÇ-2018-nin gedişatında pozulub.

Bundan başqa, Mbappe “Real”dan Kərim Benzemanın milliyə qayıtmasının tərəfdarı olub. Bu, Qrizmanın meydandakı oyunçu mövqeyinə təsir edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar