Əzəli rəqabətdə İtaliya, yoxsa İspaniya üstünlük qazanacaq? - Tarixi oyunlar

06.07.2021 10:23     Sport reaksiya     139

Bu gün Avro-2020-nin yarımfinalında baş tutacaq İtaliya – İspaniya matçı Avropanın tarixi oyunlarından sayılıb. Reaksiya.az xəbər verir ki, köhnə qitənin ən güclü “5-liy”indən sayılan bu 2 futbol ölkəsinin yığmalarının qarşılaşması daim diqqət mərkəzində olub. 

Həmişə iddialı heyətlərə sahib olan yarımadalıların üz-üzə gəldiyi matçlar prinsipal və gərgin keçib. Bu dəfə də fərqli olmayacağı şübhə doğurmur. 

İtaliya və İspaniya arasındakı duellər 1934-cü ilə qədər gedib çıxır. Gəlin hər adıçəkilən millilərin üz-üzə gəldiyi matçların tarixinə nəzər salaq. 

 

İlk duel 1934-cü il dünya çempionatının 1/4 finalında baş tutub.  İlk matçda Regueironun 30-cu dəqiqədə vurduğu qollar ispanlar 1:0 önə keçsələr də, 44-cü dəqiqədə Ferrari hesaba tarazlıq gətirir və matç belə bitir. İkinci qarşılaşmada isə Meazzanın 11-ci dəqiqədə vurduğu qolla İtaliya qalibiyyətə sevinir.


Onların növbəti gərgin dueli 1988-ci ildə keçirilən Avropa çempionatında baş tutur. Qrup mərhələsinin ikinci turunda keçirilən bu qarşılaşmanı Viallinin 73-cü dəqiqədə vurduğu qolla italyanlar qazanır. 
İspaniya və İtaliya yenə dünya çempionatında üz-üzə gəlirlər. Maraqlıdır ki, bu dəfə 1/4 finalda qarşılaşmalı olurlar. 1994-cü ilin munidalı çərçivəsində baş tutan bu oyunda italyanlar yenə rəqibini üstələyə bilir. Dino Baconun 25, Roberto Baconun 88-ci dəqiqədə vurduğu qollara prineylilər yalnız Kamineronun 58-ci dəqiqədə vurduğu qolla cavab verə bilirlər. 


Növbəti duel isə yenə Avro-2008-yə təsadüf edir. 1/4 finalda baş tutan İtaliya – İspaniya matçında 120 dəqiqə 0:0 hesabı ilə başa çatır. Penaltilər seriyasında isə ispanlar rəqibini üstələyir. De Rossi və Di Natale 11 metrlik zərbələri dəqiqə yerinə yetirə bilmirlər. 


Avro-2012-də isə bu komandalar arasında iki maraqlı qarşılaşma baş tutur. İtaliya və İspaniya eyni qrupda yer alırlar. Qrupdakı matç 1:1 hesablı bərabərliklə bitir. Di Natalenin 61-ci dəqiqədə vurduğu qola cəmi 3 dəqiqə sonra Sesk Fabreqas cavab verir. Bu qrupdan çıxan iki komanda finala çıxır. İtaliyanlar və ispanlar həlledici matçda üz-üzə gəlirlər. Kiyev Olimpiya Stadionunda baş tutan finalda italiyalılar tarixlərinin ən biabırçı məğlubiyyətlərindən birini yaşayırlar. İspaniya David Silvanın, 14, Xordi Albanın 41, Frnando Torresin 84, Xuan Matanın 88-ci dəqiqədə vurduğu qollarla rəqibini darmadağın edir – 4:0. 


Cəmi 1 il sonra Konferedasiyalar Kubokunda İspaniya və İtaliya yarımfinal matçı üçün meydana çıxır. Bu qarşılaşmada ispanlar yenə rəqibini üstələyə bilir. Bu dəfə italyanlar penaltilər seriyasında dəqiq oynaya bilmirlər. 


Avro-2016-nın 1/8 final mərhələsində İtaliya və İspaniya dueli baş tutur. İtalyanlar bu qarşılaşmada 2:0 hesablı qalibiyyətə sevinirlər. Qolları 33-cü dəqiqədə Corco Kyellini və 90+1-ci dəqiqədə Qraziano Pelle vurur. 


Əzəli rəqiblər arasında növbəti matçlar DÇ-2018-in seçmə mərhələsində oynanılır. İtaliyada keçirilən matç 1:1 hesabı ilə bitir. 55-ci dəqiqədə Vitolo hesabı açsa da, 82-ci dəqiqədə De Rossi penaltidən bərabərlik gətirir. Madriddə baş tutan ikinci görüşdə ispanlar rəqibini darmadağın edir. İsko 14 və 40-cı dəqiqələrdə fərqlənir, 77-ci dəqiqədə isə Morata 3-cü topu rəqib qapısından keçirir. 


Ümumilikdə baş tutan 11 görüşün 4-də italyanlar, 4-də ispanlar qələbəyə sevinib. 3 qarşılaşmada isə tərəflər meydandan sülhlə ayrılıblar. Onlar arasında növbəti rəsmi qarşılaşma bu gecə oynanılacaq. “Uembli” stadionunda keçiriləcək matç saat 23:00-da başlayacaq. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar