"Qarabağ" top komandalarının reytinq cədvəlində geriləyib

06.12.2021 17:06     Sport reaksiya     135

Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 435 komandası yer alıb.

Azərbaycanın üç klubu cədvələ daxil edilib. “Qarabağ” ölkəmizin ən yaxşı təmsilçisidir.

Qurban Qurbanovun yetirmələri “Top-100”də qərarlaşıb. Ağdamlılar 204 xalla qitədə 85-cidir. Premyer Liqanın lideri ötən cədvəllə müqayisədə 1 pillə geriləyib.

Digər iki klubumuz üçüncü “100-lük”dədir. 30 xala malik “Neftçi” 243-cüdür. Bakılılar üç addım irəliləyib. 20 xalı olan “Qəbələ” 288-ci sırada qalıb.

Qeyd edək ki, siyahıya 2141 xalla “Real” başçılıq edir. “Bavariya”nın 1946, “Barselona”nın 1926 xalı var.

Reaksiya.az

Şərhlər