"Qarabağ" ilk dəqiqələrdən keyfiyyətli komanda olduğunu göstərdi"

10.12.2021 12:05     Sport reaksiya     469

"Qələbəyə görə şadam. Çünki yaxşı komanda ilə oyunda 3 cavabsız qol vurduq".

Qol.az xəbər verir ki, bu sözləri "Bazel"in baş məşqçisi Patrik Rahmen Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"a qalib gəldikləri oyundan (3:0) sonra mətbuat konfransında deyib.

O, matçı belə şərh edib: "Qarabağ" keyfiyyətli komandadır. Bunu ilk dəqiqələrdən göstərdilər. Görüşün əvvəli bizim üçün yaxşı alınmadı. Amma tədricən üstünlüyü ələ keçirdik və oyunun böyük hissəsində inamlı təsir bağışladıq".

Reaksiya.az

Şərhlər