Çempionlar Liqasında 1/8 finalın püşkü atılıb

13.12.2021 15:41     Sport reaksiya     477

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

APA-nın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda püşkdə 8 cüt təşkil edib.

Qrup qalibi olan komandalar ikinci yerin sahibləri ilə qarşılaşacaq. İlk oyunlar səpələnməmişlər səbətində yer alan ikincilərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar üz-üzə gələ bilməz.

Püşk Lionel Messi və Kriştiano Ronaldonun komandalarını üz-üzə qoyub. PSJ 1/4 finala vəsiqə uğrunda “Mançester Yunayted”lə mübarizə aparacaq.

Çempionlar Liqası
1/8 final

“Benfika” (Portuqaliya) - “Real” (İspaniya)
“Vilyarreal” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
“Atletiko” (İspaniya) - “Bavariya” (Almaniya)
“Zalsburq” (Avstriya) - “Liverpul” (İngiltərə)
“İnter” (İtaliya) - “Ayaks” (Niderland)
“Sportinq” (Portuqaliya) - “Yuventus” (İtaliya)
“Çelsi” (İngiltərə) - “Lill” (Fransa)
PSJ (Fransa) - “Mançester Yunayted” (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları gələn il fevralın 15-16-da və 22-23-də, cavab görüşləri martın 8-9-da və 15-16-da keçiriləcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar