“Neftçi”nin prezidenti: “Müəyyən qüvvələr klubumuzun bu duruma düşməsi üçün əlindən gələni edib”

13.12.2021 16:04     Sport reaksiya     129

“Daxili yarışmada rəqibimiz olan, Azərbaycanı Avropada uğurla təmsil edən “Qarabağ”ı təbrik edirəm. Möhtəşəm rekorda imza atıblar”.

Oxu.Az xəbər verir ki, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev deyib.

O, İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən təşkil edilən “İlin Qalibləri-2021” layihəsində fikirlərini səsləndirib. 

Quliyev ilin futbolçusu seçilən “Neftçi”nin kapitanı Emin Mahmudovla bağlı da danışıb: “Emin Mahmudovla bağlı ayrıca danışmaq istəyirəm. Ölkənin ən yaşlı və titullu klubu “Neftçi”nin çətin dövrləri olub. Bütün istiqamətlərdə müəyyən qüvvələr klubumuzun bu duruma gəlməsi üçün əlindən gələni edib. Amma bizim uğurumuzda əsas pay sahibi olanlardan ən başlıcası Emin Mahmudovdur. Onun komandamıza verdiyi töhfəni hamı bilir”.

Reaksiya.az

Şərhlər