“Hər şey öz əlimizdə deyil” - İsa Atayev

28.01.2022 16:24     Sport reaksiya     131

“Qələbə qazanmaq üçün mübarizə aparacağıq. Növbəti mərhələyə yüksəlmək baxımından şansımız davam edir”. “Reaksiya.az” xəbər verir ki, bunu Azərbaycan futzal millisinin üzvü İsa Atayev deyib.

O, Avropa çempionatının qrup mərhələsində Bosniya və Herseqovina millisinə qarşı keçirəcəkləri matçdan danışıb: “Düzdür, hər şey öz əlimizdə deyil. İstədiklərimizin baş verməsi üçün paralel keçiriləcək oyunda Gürcüstan millisi İspaniyanı yenməlidir. Biz üzərimizə düşəni edəcəyik.

Sabah ilk dəfə oyunumuz azarkeşlərin iştirakı ilə keçiriləcək. Futzalda azarkeş önəmlidir. Futzalçıların oyuna motivasiya olması baxımından da əhəmiyyətlidir”.

Reaksiya.az

 

 

 
 
 
 

Şərhlər