Bakıdakı Formula 2 yarışında qəza baş verdi

10.06.2022 13:24     Sport reaksiya     455

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə birinci sərbəst yürüşdə qəza baş verib.

Modern.az xəbər verir ki, “MP Motorsport” komandasının pilotu Klement Novalakın bolidi təhlükəsizlik blokuna çıprılıb.

Formula 2 yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.

Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.

Formula 2 çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 18-20-də Abu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq.

Reaksiya.az

Şərhlər