Rus ordusunun daha bir silah anbarı məhv edildi

27.06.2022 12:50     Sport reaksiya     549

Ukraynanın cənub cəbhəsində 39 rus hərbçisi və səkkiz texnika zərərsizləşdirilib.

Bu barədə Ukrayna ordusunun Cənub Əməliyyat Komandanlığı məlumat yayıb.

Məlumatda bildirilir ki, son 24 saat ərzində cənub istiqamətində 39 rusiyalı hərbçi və onların texnikası məhv edilib.

Məhv edilən texnikaya 1 ədəd T-72 tankıŞ 4 ədəd digər zirehli texnikanın bölmələri, 3 ədəd motorlu nəqliyyat vasitələri daxildir.

Həmçinin Nikolaev rayonunda iki və Xerson rayonunda bir sursat anbarı məhv edilib.

“Qırıcılarımız və helikopterlərimiz düşmənin canlı qüvvəsinə və hərbi texnikasına Xerson vilayətinin üç rayonunda hava zərbəsi endirib”, - komandanlıq bildirib.

Reaksiya.az

Şərhlər