“Neftçi” “Başakşeher”in futbolçusunu yenidən icarəyə götürdü

03.08.2022 11:27     Sport reaksiya     410

Müqavilə üzrə Türkiyənin “İstanbul Başakşehir” klubuna məxsus olan futbolçu Mert Çelik yenidən “Neftçi”də çıxış edəcək.

Reaksiya.az "Neftçi" nin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi daha 1 il müddətinə icarəyə götürülüb. O, 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Mert Çelik 2020-ci ilin sentyabrından “Neftçi”nin heyətində 38 oyun keçirib, 2 qol vurub.

Reaksiya.az

Şərhlər