"Neftçi" nəhayət ki, qələbə qazandı - VİDEO

03.11.2015 00:18     Sport reaksiya     1990

Bu gün Premyer Liqanın XI turu çərçivəsində "Neftçi" "Sumqayıt"ın qonağı olub.

Reaksiya.az-ın məlumatına görə, oyuna meydan sahibləri fəal başlayıblar - 7-ci dəqiqədə Uğur Pamuk hesabı açıb.

Lakin paytaxt təmsilçisi ikinci hissədə toparlana bilib. Əvvəlcə 72-ci dəqiqədə Fəhmin Muradbəyli hesaba tarazlıq gətirib. 5 dəqiqə sonra Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirib - 1:2.

Beləliklə, son vaxtlar uğursuz çıxış edən "Neftçi" vacib qələbə qazanıb.

Şərhlər