Çempionlar Liqasında növbəti turun oyunları keçiriləcək

03.11.2015 10:39     Sport reaksiya     2267

Bu gün Çempionlar Liqasının qrup mərhələsində növbəti turun oyunları keçiriləcək. Reaksiya.az xəbər verir ki, bir oyundan başqa bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Belə ki, Qazaxıstan təmsilçisi “Astana” Madrid “Atletiko”sunu saat 19:00-da qəbul edəcək.

“Real Madrid”  öz meydanında “PSJ” ilə, “Şaxtyor” “Malmö” ilə, “Mançester Yunayted” “ÇSKA” ilə, “PSV” “Volfsburq” ilə, “Benfika” “Qalatasaray” ilə, “Borussiya Mönşenqladbax” “Yuventus” ilə, “Sevilya” “Mançester Sity” ilə qarşılaşacaq.

Qeyd edək ki, turun növbəti oyunları sabah keçiriləcək.

Şərhlər