Dünya çempionatında 7 medal

03.11.2015 11:30     Sport reaksiya     2341

Serbiyanın paytaxtı Belqradda keçirilən kikboksinqin WAKO versiyası üzrə XX dünya çempionatı başa çatıb.

Reaksiya.az xəbər verir ki, Azərbaycan yığması mundialın 1-i qızıl, 3-ü gümüş və 3-ü bürünc olmaqla 7 medalını qazanıblar.

Millimizin əldə etdiyi bu mükafatlardan 4-ü "Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdu. Onlardan 2-si – Anar Məmmədov (51 kq) və Ehram Məcidov (+94 kq) finala qədər irəliləyiblər. Təəssüf ki, onların hər ikisi həlledici mərhələdə məğlub olublar. K-1 üslubunda döyüşən Anar Məmmədov ukraynalı Aleksey Serdyuka, kik-layt üslubunda çıxış edən Ehram Məcidov isə Polşa təmsilçisi Mixal Blaçeviçə yenilib.

Lou-kik üslubunda mübarizə aparan Çingiz Əhmədzadə (51 kq) və Ramiz Məmmədov (54 kq) isə dünya çempionatını 3-cü yerdə başa vurublar.

 

Şərhlər

Çox oxunanlar