"Dünyanın ən yaxşı futbolçusu mənəm" - Ronaldo

03.11.2015 17:40     Sport reaksiya     2033

İspaniyanın “Real Madrid” klubunun məşhur oyunçusu Kriştianu Ronaldo dünyanın ən yaxşı futbolçusu olduğunu iddia edib.

Reaksiya.az xəbər verir ki, bu sözləri futbolçu Fransanın “El Pais” qəzetinə verdiyi müsahibə zamanı dilə gətirib.

O, Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirərək onun ötən il qazandığı uğurlarla maraqlanmadığını qeyd edib: "Bəlkə sizin üçün Məssi ən yaxşı futbolçudur, ancaq mənə görə, ən yaxşısı özüməm". 

Şərhlər